Polkovnik Hadrutdakı komando briqadasının yaradılma səbəbini AÇIQLADI: “Ermənilər…”

image-hadrutbackend

“Yeni komando briqadasının məhz Hadrutda yaradılması haqqında qərar Ali Baş Komandan tərəfindən verilib. Hesab edirəm ki, çox doğru, düzgün qərardır. Çünki bizim üçün Hadrut strateji əhəmiyyətli bir nöqtədir”.

Busaat.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov deyib.

Hərbi ekspertin sözlərinə görə, həmin ətrafda yeni komando briqadasının yerləşdirilməsi gələcəkdə bölgə üçün hər hansı təhlükə yaranacağı təqdirdə həmin komanda birləşməsi verilən tapşırığı rahatlıqla yerinə yetirə biləcək: “Briqadanın yerləşdiyi mövqe çox uğurlu yerdir. Hesab edirəm ki, briqadanın Hadrutda yerləşdirilməsi sıradan, adi bir qərar deyil. Komando briqadasının Hadrutda yerləşdirilməsinin həm mənəvi, həm də siyasi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, vaxtilə düşmən Hadrutdan bizə qarşı kifayət qədər təhdidlər, bir sıra hərəkətlər həyata keçirirdi. Söhbət vaxtilə yaxınlıqdakı Füzuli, Xocavəndlə bağlı düşmənin gerçəkləşdirdiyi addımlardan gedir. İndi ora bütövlükdə Azərbaycan Ordusunun nəzarəti altındadır. Komando briqadası vəziyyətin tam şəkildə bizim nəzarətimiz altında olacağına imkan verəcək. Briqadanın Hadrutda yerləşdirilməsi qərarı da fikrimcə, məhz bununla bağlıdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90