Polşa və Fransa ATƏT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsini müzakirə edir

image-fr-den-1backend

Zbiqnev Rau və Ketrin Kolona Ermənistan və Azərbaycan sərhədindəki son hadisələri müzakirə ediblər.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Polşa Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına diplomatik missiyanın göndərilməsini müzakirə edib.

“Nazir Zbiqnev Rau bu gün Fransanın xarici işlər naziri ilə telefon danışığı aparıb. Ermənistan və Azərbaycan sərhədində son hadisələr və ATƏT missiyasının regiona göndərilməsi imkanları müzakirə edilib” – deyə, Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 13-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin erməni yaşayış məntəqələrini atəşə tutması barədə məlumat yayıb. Rəsmi Bakı bu iddiaların əsassız olduğunu, Ermənistan tərəfinin təxribata yol verdiyini, Azərbaycan ordusunun məhz İrəvanın hərəkətlərinə cavab verdiyini bildirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90