Prezident Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində

image-agdambackend

Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak ediblər.

 

Dövlət başçısı tədbirdə çıxışı zamanı bildirib: “Siz burada, Ağdamda, Qarabağ ərazisindəki hər bir kəndin dağıdıldığını görə bilərsiniz. Mən bilirəm ki, bizim qonaqlarımız bura yeni tikilmiş Füzuli Hava Limanı vasitəsilə gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bircə bina da qalmayıb. Cəbrayıl, Qubadlı, Zəngilan da həmçinin.

Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü.”

Prezident İlham Əliyev qeyd edib ki, bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır.

 

 

Gülpəri Məmmədli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90