Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”

Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”backend

Ermənistan tərəfinin 27 sentyabrdan başlayan təxribatı, yaşayış məntəqələrini atəşə tutması nəticəsində 11 mülki şəxs həlak olub, onlardan da ikisi uşaqdır.

Busaat.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” kanalına eksklüziv müsahibəsində bildirib.

Prezident qeyd edib ki, hərbçilər arasında da itkilər var: “Biz işğalçıya qarşı adekvat cavab verməyə və bununla da öz əhalimizi və torpağımızı müdafiə etməyə məcbur olduq. Artıq üç sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlərin nəticəsi olaraq Azərbaycan ordusu işğal altında olan bir neçə yaşayış məntəqəsini və müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad etdi. İndi də aktiv döyüşlər davam edir”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90