Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyənatı

image-ilham-5backend

1993-cü ildə işğalçı Ermənistan ordusu Cəbrayıl şəhərini işğal etmişdi. Lakin, Azərbaycan Ordusu II Qarabağ müharibəsində “Dəmir yumruq” adını alan planı ilə müharibənin ilk günlərində Füzuli-Cəbrayıl istiqamətində əks hücuma keçərək düşmənə ağır zərbələr endirdi. Füzuli rayonun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonu-nun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Oktyabrın 4-də 2020-ci ildə ordumuz Cəbrayıl şəhərini işğaldan azad etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 20 oktyabr tarixində Cəbrayıl şəhərinə səfər edib və mətbuata müsahibə verib. Prezident İlham Əliyev qeyd edib ki, şanlı tarix bizim müştərək tariximizdir və 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək vermişdir. Bildirilib ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. O da vurğulanıb ki, bu siyasi və mənəvi dəstək İkinci Qarabağ müharibəsinin son gününə qədər davam etmişdir.

Bu gün bərpa olunan Qarabağda və Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və bütün bu görülən işlərdə də Türkiyə-Azərbaycan birliyi özünü göstərir. İşğaldan azad edilən ərazilərimizdə inşaat, yol çəkilişləri görülür. Bütün bu işlərdə zəngin təcrübəsi olan Türkiyə şirkətləri bizimlə birgə işlər aparır. Türkiyə şirkətləri qısa zaman ərzində böyük işlər görüb. Avtomabil və dəmir yollarının, həmçinin 33 tunelin inşası nəzərdə tutulub ki, bu tunellərin ümümi uzunluğu  50 kiliometrdən çoxdur. Burada 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək üçün daha böyük işlər irəlidədir.

Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 2021-ci il 7 iyulda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılıb. Bu fərmanla qondarma “Dağlıq Qarabağ” ifadəsi tarixin arxivinə göndərildi.

Azərbaycan Prezidenti qeyd edib ki, işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi dağıtmışlar. Bu dağıntılar Birinci Qarabağ müharibəsində yox, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir və yalnız indi dağıdılmış binalar qalıb. Mənfur düşmənin bunu etməkdə məqsədi ondan ibarətdir ki, azərbaycanlılar heç vaxt bu yerlərə qayıtmasınlar.

O da vurğulanıb ki, biz keçmiş qaçqınların qayıtması üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bərpa-quruculuq işləri aparırıq. Bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizim yanımızdadır.

Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. İkinci Qarabağ müharibəsi   və müharibədən sonrakı dövr bu birliyi daha da gücləndirdi.

Qeyd edim ki, iki qardaş ölkə arasında 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı.Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını təmin etdi, həmçinin regionda sülhün və sabitliyin bərpa edilməsini təmin etdi. Türkiyə və Azərbaycan bütün sahələrdə müttəfiq oldu.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da inkişaf edib. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır.

 

          Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin                             

                            Tarix müəllimi Şirəliyev Vüsal.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90