Prezident jurnalistlərin Şuşaya səfərinə icazə verdi

image-1588931029220014166_1000x669backend

Mən Hikmət Hacıyevə tapşıracam ki, yaxın zamanda jurnalistlərin Şuşaya səfəri təşkil olunsun.

Busaat.az xəbər verir ki, bu sözləri  Prezident İlham Əliyevə bu gün keçirilən onlayn mətbuat konfransında söyləyib: “Jurnalistlərin Şuşaya getməsi ilə bağlı çoxlu müraciətlər var. Bilirsiniz ki, indi həmin ərazilər minadan təmizlənir.

Eyni zamanda şərait yaxşı deyil. Mən özümdə Şuşaya gedəndə bəxtim gətirdi ki, hava günəşli idi. Ora getməyə yol yoxdur. Şərait o qədər yaxşı deyil.

Mən indi Hikmət Hacıyevə  tapşırıq verəcəm ki, yaxın zamanda jurnalistlərin Şuşaya səfəri təşkil olunsun”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90