İsmayıllının icra başçısını töhmətlik edən VİDEObackend

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verib.

Busaat.az Kanal8-ə istinadən xəbər verir ki, Nahid Bağırovun töhmət almasına səbəb karantin dönəmində hiking turunda iştirak etməsi olub.

Sosial şəbəkədə yayılan videodan göründüyü kimi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov yeni ekoturizm layihəsini yerində dəyərləndirib öz məsləhətlərini vermək üçün Qalacıq kəndinə gedib. O, layihəni qiymətləndirmək üçün hiking turunda iştirak edərək marşrutu şəxsən özü sınaqdan keçirib.

İcra başçısı hikinq turuna çıxmaqla yeni layihəyə dəstək vermək istəsə də, əslində onun atdığı addım ölkədə tətbiq edilən karantin rejimini pozub. Məhz bu səbəbdən də onun töhmət edildiyi deyilir.

İcra başçısının hiking turunu sizə təqdim edirik: