Prezidentdən “Azərxalça” ASC ilə bağlı SƏRƏNCAM

image-1657894520_fermanbackend

Emin Əfəndiyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Busaat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Emin Əfəndiyev 1992-ci ildə Material Ehtiyatları Nazirliyi, “Azərtikinti Materialları” İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib.

1996-2004-cü illər ərzində “Rossiyskiy Kredit” BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son dörd ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

2004-2009-cu illərdə AZAL SKB (2008-ci ildə adı dəyişdirilərək “Silk Way” SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib.

2015-2018-ci illərdə “MBA-Moskva” Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasında törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.

2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90