Putin: “Avrasiyaya inteqrasiya bütün ölkələrə, o cümlədən Qırğızıstana fayda verir”

image-vladimir-putinbackend

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük bütün ölkələrə, o cümlədən Qırğızıstana dividendlər gətirir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya pezidenti Vladimir Putin bildirib.

“Avrasiya inteqrasiyası bütün iştirakçı dövlətlərə və təbii ki, Qırğızıstana danılmaz faydalar gətirir.

Qırğızıstanın səkkiz il əvvəl Avrasiya İqtisadi İttifaqına qoşulması ölkənin Rusiya ilə regionlararası ticarət və sənaye qarşılıqlı fəaliyyətinin artmasına şərait yaradıb”, – Putin söyləyib.

O vurğulayıb ki, Qırğızıstanın ÜDM və sənaye istehsalı səkkiz il ərzində 2,3 dəfə, ixracı isə iki dəfə artıb,

“Toktoqul bəndinin və Bişkek-Oş avtomobil yolunun yenidən qurulması kimi iri regional infrastruktur layihələrinə sərmayə qoyan Avrasiya İnkişaf Bankı ölkəyə investisiya resurslarını aktiv şəkildə cəlb edir. Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Kambar-Ata-2 Su Elektrik Stansiyasının, Oş vilayətində sudan istifadə sisteminin texnoloji yenilənməsini maliyyələşdirir”, – Rusiya lideri bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90