Putin barədə “şit” zarafatına görə efirdən qovuldu – VİDEO

Putin barədə “şit” zarafatına görə efirdən qovuldu – VİDEObackend

Amerikalı ekspert Qreq Vayner “Rossiya-1” kanalında yayımlanan “Kto protiv” verilişinin aparıcısı Dmitri Kulikovun xahişi ilə studiyanı tərk edib. Səbəb isə qonağın “şit” zarafatı olub.

Bu barədə Life.ru xəbər verib.

Veriliş iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanın “Müxalif Platforma – Həyat üçün” Partiyası Siyasi Şurasının rəhbəri Viktor Medvedçukun Sankt-Peterburq şəhərindəki  görüşü barədə kadrlar göstərilib. Vayner onların söhbət apardığı yeri “dəhliz görüşü” adlandırıb.

Verilişin aparıcısı prezidentin sıx qrafiki olduğunu xatırladaraq, onların özlərinə rahat olduğu yerdə görüşdüklərini deyib və amerikalı ekspertə “şit” zarafatları ilə özünü ağıllı göstərməməyi”  tövsiyə edib.

Vayner isə Putin və Medvedçukun görüş yerinin belə seçilməsinin Rusiyanın Ukrayna Prezidenti Vladimir Zelenskinin xətrinə dəymək istəməməsi ilə izah edib.

Bundan sonra Kulikov amerikalı eksperti studiyadan qovmaq istəyini dilə gətirib, onu təhqir edib və bildirib ki, Donbasda vəziyyətin sabitləşməsi barədə danışıqlar insanların qətlinin qarşısını alan yeganə prosesdir.

Bundan sonra Vayner studiyanı tərk edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90