Putin də peyvənd olunacaq – Peskov

Putin də peyvənd olunacaq – Peskovbackend

Kremlin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin peyvənd olunacağını açıqlayıb. Busaat.az xəbər verir ki, o, Putinə Rusiya istehsalı olan “Sputnik V” vaksininin tətbiq ediləcəyini bildirib.

Peskov bu gündən 60 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyini, 68 yaşlı Prezidentin də siyahıya daxil edildiyini vurğulayıb: “Yaxın gələcəkdə Prezidentin qərarı elan ediləcək. O, vaksin olunmaq istəyir və rəsmi prosedurların bitməsini gözləyir”.

Qeyd edək ki, daha öncə Putinin qızlarından birinin də peyvənd olunduğu açıqlanmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90