Putini tənqid edən bakılı Harri Kasparov da Azərbaycan və Türkiyənin əleyhinə danışdı

Putini tənqid edən bakılı Harri Kasparov da Azərbaycan və Türkiyənin əleyhinə danışdıbackend

Bakıda dünyaya göz açan şahmat üzrə 13-cü dünya çempionu, İnsan Hüquqları Müdafiə Fondunun rəhbəri, Rusiya prezidenti Vladimir Putini “dünyanın ən təhlükəli adamı” hesab edən, atası yəhudi, anası erməni olan Harri Kasparov işğal edilən Dağlıq Qarabağda gedən müharibədən danışıb.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“Türkiyəni bu bölgədəki inqilabın lokomotivi və əsas müttəfiqi kimi qəbul edən Lenin iki bölgəni – ermənilər və azərbaycanlıların yaşadığı Naxçıvanı və Qarabağı Azərbaycana verir.

Və bu, təbii olaraq bir mina sahəsi yaradır. Yeri gəlmişkən, Stalin o zaman müntəzəm olaraq bu mina sahələrini yaradıb xəritəni yenidən cızdı ki, respublikaların ayrılması zamanı bu mina həmişə partlasın.

Əslində, Qarabağ problemini və bir çox digər problemləri kökündən ayıran bir detal var. 1990-cı ildə qəbul edilmiş Sovet İttifaqı qanununda ittifaq respublikasının ayrılması üçün kifayət qədər aydın bir qayda nəzərdə tutulmuşdu. Muxtar respublikaların və milli qrupların kompakt yaşayış yerlərinin ayrı-ayrılıqda səs verməsi açıq şəkildə bildirilmişdi. Və onlar parçalanma halında, öz müqəddəratlarını təyin etmə hüquqlarına sahibdirlər. Bu, indi bir çox insanın gözardı etdiyi çox vacib bir məqamdır. Ona görə də Azərbaycanın suverenliyi məsələsi şübhəlidir.

SSRİ dağılan ərəfədə isə azərbaycanlılarla ermənilərin birlikdə yaşamağı tamamilə mümkünsüz idi. Çünki dediyim kimi, 1915-ci il soyqırımı (yalançı!!!) hələ Türkiyə tərəfindən tanınmamışdı. Və bu soyqırım Türkiyə tərəfindən tanınana qədər mənə elə gəlir ki, Türkiyənin hər hansı bir müsbət rolu və Ermənistanla normal münasibətlər barədə danışmağa ehtiyac yoxdur. Biz belə bir çıxılmaz vəziyyətdəyik”. “ Exo Moskva” Kasparovdan sitat gətirir.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan qoşunları bütün təmas xətti boyunca əks-hücuma başlayıb və erməni işğalında olan torpaqlarının bir hissəsini geri qaytarıb.

Haşiyə: Bakının çörəyi, suyu və havası ilə böyüyən bu yarı erməninin dediklərini olduğu kimi verdik və onun bir daha tarixi vətəni sayılan Azərbaycana və Türkiyəyə düşmən olduğunu sübuta yetirdik. Bakının çörəyi  ilə böyüyən bəzi rus müğənniləri də sonradan ölkəmizə qarşı çıxıb. Kasparov isə yəhudi atası Kim Moiseyeviç Vaynşteynə və babası, keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor Moisey Rubinoviç Vaynşteynə bənzəməyib, anası Klara Şagenovna Kasparyana oxşayıb.

Harri, 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbdə aldığın qızıl medal yalnız şahmat üçün imiş. Siyasət, öz müqəddəratlarını təyin etmə hüquqları, 1915-ci il yalançı erməni soyqırımı, Azərbaycanın suverenliyi məsələlərini müzakirə etmək sənlik deyil. Çünki SSRİ-nin bir çox ölkələrində respublikaların daxilində muxtar bölgələr var idi. Belə bir bəla niyə məhz Azərbaycanın, Gürcüstanın, Moldovanın, sonradan isə Ukraynanın başına gəldi? Cavabı isə sadə və bəsitdir. Moskva belə istəyib. SSRİ-nin yüksək eşelanonunda həmişə Azərbaycana qənim kəsilən ermənilər çalışıb. Elə indinin özündə də belə erməni məmurları Rusiya Federasiyasında az deyil…

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90