Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı – Baş nazirdən QƏRAR

Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı – Baş nazirdən QƏRARbackend

Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib.

Siyahıya aşağıdakı mallar daxildir:

– Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

– Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

– Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

– Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

– Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)

– Dezinfeksiyaedici vasitələr

– Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

– Baxillər

– Steril və qeyri-steril əlcəklər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90