Qadın həkimi döyən qazi ilə bağlı YENİ FAKTLAR: İllər əvvəl Nəcməddin Sadıkovla…

image-qaziberdebackend

Xəbər verildiyi kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Qarabağ qazisi Rey Kərimoğlu həkimə qarşı hərəkətiylə gündəmə gələn və barəsində cinayət işi açılan Şamayıl Mustafayevlə bağlı iddialara aydınlıq gətirib.

Busaat.az xəbər verir ki, R.Kərimoğlu bu barədə sosial şəbəkə hesabında yazıb:

“Saxta qazi olmur, cənablar! Saxta hər zad olur, amma qazi olmur! Bunu unutmayın!

Qadına əl qaldırmaq olmaz, böyük günah edib, səhv edib! Qınayırıq onun bu əməlini! Kimsə də o qaziyə haqq qazandıra bilməz! Bir sözlə, o əməlinə bəraət yoxdur! Cəzasını da alsın! Amma məsələ araşdırılsın, sonra cəza verilsin!

Amma adama “döyüşməyib”, “saxta qazidir” deməyin!

“Qarabağ qaziləri” Birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb. O şəxs “Qarabağ qaziləri” Birliyinin üzvü deyil. Amma məlum olub ki, o, həqiqətən qazidir. Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlillik elə bi 3 şeyə görə verilirmi? Xeyr!”

R.Kərimoğlu bildirib ki, Mustafayev Şəmail 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqmətində döyüşüb, rabitə xidməti rəisi olub:

“Olduğu ərazi, ştab düşmənin bombardmanına məruz qalıb, yanında şəhid olanlar olub! Ağır yaralanıb, kontuziya alıb. Hələ illər əvvəl ordumuzun düşməni Nəcməddinlə dalaşıb, bunu ordudan tərxis ediblər, 2016- cı il aprel döyüşlərindən sonra Müdafiə naziri Zakir Həsənovla görüşüb, öz sahəsi ürə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb!

Görünür, səhhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb! Ona şər atmayaq! Nazir Sahil Babyev nazir təyin olunandan sonra o, həqiqətən nazirlikdə ciddi şəffalıq yaradıb, xeyli yaxşı işlər görüb! Amma o da, nazirlik də nöqsansız deyil! Problemi odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı ona doğru, düzgün çatdırmır. Ya da ümumiyyətlə, çatdırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə isə görüşə bilmirik!”

R,Kərimoğlu qeyd edib ki, saxta son 5 ildə əlillər haqqında qəbul edilən yarıtmaz qanun və qərarlardır:

“Bundan danışın. Bu qərar və qanunu imzalamış adamlardır saxta! Təklif edirik ki, komissiyada qazilərə baxılanda xanımları qoymayın”.

publika.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90