“Subay, ya evli olmağın kişi üçün fərqi yoxdur. Kişinin kişi xisləti var. Kişi evində də sultandır, çöldə də”.
Busaat.az xəbər verir ki, bunu aşıq Əli Tapdıqoğlu ATV-nin “Rəngarəng səhər” verilişində deyib.
“Qadın evdə ancaq uşaq tərbiyə edə, yeməyi bişirə bilər. Hörmətini saxlamalısan. Amma müəyyən hədd var. Necə yəni qadın söz desin… Qadının özünə məsləhət lazımdır. O necə məsləhət verə bilər ki?!” – deyə o əlavə edib.