“Qalatasaray” Azərbaycana təşəkkür etdi

“Qalatasaray” Azərbaycana təşəkkür etdibackend

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”ni Bakıda mübarizədən kənarlaşdırmış Türkiyənin “Qalatasaray” klubu Azərbaycana təşəkkür edib.

Sportfan.az-ın  məlumatına görə, İstanbul təmsilçisi “Facebook” səhifəsində “Hər şey üçün təşəkkürlər, yenidən görüşərik, AzərbayCAN!” yazıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma “Neftçi”nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90