Qalib ölkənin vətəndaşı olmaq başqa bir duyğudurbackend

Müsahibimiz Milli Məclisin deputatı Ülvi Quliyevdir.

Busaat.az həmin müsahibəni təqdim edir:

– Rəsmi şəxslərdən biri kimi deyil,azərbaycanlılardan biri kimi bu günlərdə hansı hissləri keçirirsiniz?

– Müstəqil dövlətçilik tariximizdə ən qürurlu günləri yaşayırıq.Bu,mübaliğəsiz belədir.Son 30 ilə yaxın müddətdə hər bir azərbaycanlı,hər bir Azərbaycan vətəndaşı,hər birimiz öz içimizdə,qəlbimizdə natamamlıq hissini yaşayırdıq.Ən azından, bizim nəsil bu hissi yaşayırdı.Özümüz-özümüzü qınayırdıq,özümüz-özümüzü günahlandırırdıq. Qarabağdan danışanda, bir-birimizin gözünə dik baxa bilmirdik.Təskinliyimiz ondan ibarət olurdu ki,biz müharibəni uduzmamışıq,1-ci Qarabağ savaşını uduzmuşuq.O savaşda verdiyimiz Şəhidlərimizin ruhu bizi rahat buraxmırdı.Onlara görə qisas hissi, işğal altında qalan torpaqlarımız hər birimizi mənən boğurdu.Milyona yaxın soydaşımıza öz Vətənimizdə məçburi köçkün deyərək müraciət edirdik. Bunun da acısını yaşayırdıq.Bu da hər birimizi daxilən sıxırdı.

Torpaqlarımızı işğaldan azad edəcəyimizə inamın sönməsinə imkan verməsək də,Qarabağsız yaşadığımız hər ötən gün,hər ötən il,hər ötən onillik ümidlərimizi xəyala çevirirdi. Özümüzü onunla sakitləşdirirdik ki,işğalçı Ermənistan birinci Savaşda tək olmayıb,havadarı yaxud havadarları olub.Amma düşmən indi də tək deyildi.30 il əvvəlkindən daha güclü idi.Havadarları da qat-qat çox idi. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi dediklərimin sübutudur.

– 44 gün davam edən Vətən müharibəsi şəxsən sizin üçün nə deməkdir?

– Vətən müharibəsinin nəticəsi olaraq Qalib ölkənin vətəndaşı hissini yaşamaq əvəzolunmaz duyğudur. Azərbaycan xalqı qalibdir,bizlər qalibik.Eyni zamanda,bu müharibə cəmiyyətimizi düşündürən bir çox suallara da cavab verdi.Danışıqların 30 ilə yaxın müddətə uzanmasının səbəblərinə,ermənilərin imitasiya oyunlarına nədən göz yumulduğuna,ermənilərlə yanaşı, status-kvonun daha kimlərin marağına xidmət etdiyinə aydınlıq gətirdi.Hər birimiz şahidi olduq ki,BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasının təmin edilməsində işğalçı Ermənistanla yanaşı,çoxları maraqlı deyilmiş.Bu acı reallığı hər birimiz gördük.Tam əminliklə deyirəm ki,44 günlük Vətən müharibəsi olmasaydı,bu qətnamələr daha çox onilliklər ərzində, bundan sonra da kağız üzərində qalacaqdı. Xalqımızı, gələcək nəsilləri ümidsiz və əlacsız perspektiv gözləyirdi.

Vətən müharibəsi günlərində cənab Prezident xalqımıza dəfələrlə müraciət etdi.Hər müraciətində çox-çox dövlət başçılarının bacarmadığı,cəsarət etmədiyi şəkildə, xalqla açıq və səmimi danışdı.Hərbi uğurlarımıza hansı xarici siyasi təzyiq və təhdidlərin mane olduğunu cəsarətlə dedi.Bu mənzərə təkcə hərbi döyüş meydanında baş vermirdi. İnformasiya savaşında da eyni vəziyyət idi.Düşmən burada da tək deyildi.Hətta demokratik dünyanı təmsil edən media qurumlarının əksəriyyəti işğalçı Ermənistana açıq şəkildə informasiya dəstəyi verirdi.Onlar ermənilərdən məzlum,təqib olunan,guya öz torpağından qovulan toplum imici formalaşdırırdı. Baxmayaraq ki,haqq və tarixi ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi və tərəfindədir.Düşmənin silahlı birləşmələri qarşısında cənab İlham Əliyevin qurub-yaratdığı,sərkərdəsi olduğu Müzəffər Ordumuz hansı ürəklə dayanmışdısa, informasiya savaşının önündə cənab Prezidentin şəxsən özü eyni mərdlik və iradə ilə dayanırdı.

Əminliklə deyirəm ki, düşmən öz xoşu ilə bir qarış torpağımızı da qaytarmaq fikrində deyildi.Çünki,dəmir yumruğun,qətiyyətli Ali Baş Komandan iradəsinin,haqq savasına çıxan Ordunun, ümumxalq birliyinin hansı güc demək olduğunu indiyədək görməmişdi.28 il ərzində beynəlxalq təşkilatların və vasitəçi dövlətlərin edə bilmədiyini və ya etmədiyini,Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz 44 gün ərzində edə bildi,tarixi ədaləti və beynəlxalq hüququ faktiki təkbaşına, döyüş meydanında təmin etdi.

Tarixi Qələbəmiz Azərbaycan dövlətinin ortaya qoyduğu hərbi gücün,Prezident və Xalq birliyinin nətiçəsidir.Müharibə günlərində ilk növbədə qardaş Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyin tarixi əhəmiyyəti danılmazdır.Bu,əsl qardaşlıq nümunəsidir.

– Əgər təklif olunsa idi ki,hisslərinizi bir cümlə ilə ifadə edəsiniz,nə deyərdiniz?

– Şəxsən mən bunu edə bilmərəm.Yaşadığımız hiss və duyğular,şahidi və iştirakçısı olduğumuz tarixi anlar o qədər yüksəkdir ki,şəxsən mənim üçün bu mümkünsüzdür. Amma yaşadığım hisslərin təsiri altında deməyə özümü borclu hesab etdiyim fikirləri bir neçə cümlə ilə belə ifadə edərdim.30 ildən sonra natamamlıq kompleksindən qurtulduq.Qanla,amansız döyüşlə geri aldığımız Şuşa qalası,işğaldan azad olunan torpaqlarımız bundan sonra bütün dünyanı məcbur edəcək ki,Milli Qürur hissimizə hörmətlə yanaşsın.Yaşadığımız bu tarixi günlər bütün Şəhidlərimizin qisas günləri idi.Allah onlara rəhmət eləsin,xalqımıza və doğmalarına səbr versin.Yaralı həmvətənlərimizə Uca Tanrıdan şəfa diləyirəm.

Prezidentimiz,Ali Baş Komandanımız cənab İlham Əliyev 17 il bundan əvvəl xalqımıza verdiyi sözə Böyük rəhbər və Qalib sərkərdə kimi əməl etdi.O,həm də bir oğul olaraq Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.Belə bir şərəfli ömr hər övlada,hər insana və hər rəhbərə nəsib olmur.Allah Ulu Öndərimizə rəhmət eləsin,ruhunu şad etsin.

Tanrı Prezidentimizə, Xalqımıza,Ordumuza hər zaman yar olsun,Azərbaycanı sevənləri və ona xidmət edənləri bundan sonra da qorusun!

Modern.az