Qara qutudan nə çıxdı? – RƏSMİ AÇIQLAMA – VİDEO

image-photo_151688backend

“Noyabrın 30-da ”Qaraheybət” təlim meydanında baş vermiş helikopter qəzası mürəkkəb olduğundan müəyyən ekspertizalar təyin edilib”.

Busaat.az xəbər verir ki, bu barədə baş prokurorun böyük köməkçisi Mahir Abbasov deyib. O, helikopterin ”qara qutu” sunun açılıb-açılmaması məsələsinə də aydınlıq gətirib.

“Helikopter qəzası ilə bağlı istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Mürəkkəb hadisə olduğuna görə ekspertizalar təyin olunub”. Bu sözləri Baş Prokurorluqda keçirilən brifinqdə Baş prokurorun böyük köməkçisi Mahir Abbasov deyib. O bildirib ki, hadisənin baş vermə səbəbləri ilə bağlı ekspertizaların nəticələri başa çatdıqdan sonra açıqlama veriləcək.

Baş prokurorun böyük köməkçisi ”qara qutu”nun harada işlənməsi məsələsinə də aydınlıq gətirib.

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisindəkı ”Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərindən 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb (Xəzər-xəbər).

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90