“Qarabağ”  “Barselona”nın nailiyyətini təkrarladı

image-srwwyygshb77eefd4f3ihwlpdvgsbpjyn1kwmxvk_825backend

“Qarabağ” UEFA Çempionlar Liqasında İspaniya təmsilçisi “Barselona”nın nailiyyətini təkrarlayıb.

Busaat.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Benfika” 2025-ci ilədək heç vaxt qitənin bir nömrəli klub turnirində 2 top fərqi ilə öndə olduğu matçı uduzmayıb.

Lissabon komandası artıq cari ildə iki dəfə bu aqibəti yaşayıb. Portuqaliya təmsilçisi ilin əvvəlində, “Barselona” ilə Liqa mərhələsinin VII turunun matçında 4:2 hesabı ilə öndə olandan sonra yenilib – 4:5.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə üstələyib. Meydan sahibləri 30-cu dəqiqəyədək 2:0 hesabı ilə üstün olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki