“Qarabağ”ın futbolçusunun qolu ən yaxşı adına namizəd oldu – VİDEO

image-12backend

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.

Busaat.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Kadi Borqesin “Omoniya” ilə görüşün 53-cü dəqiqəsində vurduğu ilk qol da var.
Həmçinin “Alaşkert”dən Aleksandar Qlişiçin HİK-ə, “Vittes”dən Maksimilian Vittekin “Renn”ə və “Mura”dan Ziqa Kousun “Tottenhem”ə vurduğu qollar da ən yaxşılar sırasında yer alıb. Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90