“Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniya başladı

“Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniya başladıbackend

“Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya başladı
TREND İnformasiya Agentliyində baş tutan media-brifinqdə “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı “Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verdiyini ölkə ictimaiyyətinə bəyan edib.
Mətbuat konfransında “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, idarə heyyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər.
Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bu bəyanatdan irəli gələn məssələlərdə işğal altında olan rayonlarımızın geri qaytarılma qrafiki yer alıb. Lakin mənfur xislətli düşmən qrafikə əsasən bu ərazilərdən çıxma prosesində maksimum şəkildə bu bölgəyə ziyan vuraraq, bu əraziləri tərk etməyə çalışır. Qarabağ meşələri, tərk edilən evlər yandırılır, ekologiyaya və bölgənin flora, fauna örtüyünə böyük ziyan vurulur. Biz bu ekoloji terroru sosial medianın erməni seqmentinin paylaşımlarında aktiv şəkildə görürük.
Azərbaycanın son dönəmlərdə xarici siyasətinin hücum diplomatiyası istiqamətində olduğunu nəzərə alaraq, “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı məhz düşmənin bu addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilat və siyasi təsisatların Azərbaycan ərazilərində baş verən bu ekoloji terrora münasibət bildirmələrinə və Ermənistana beynəlxalq təzyiqin göstərilməsinə çağırışlar edəcək.
Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, İspaniya və İsveçin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək.
Bu işlərə paralel artıq 16 noyabr axşam 21:00-dan etibarən davamçı gənclər dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları facebook, twitter və instagram üzərindən #StopArmenianEcoTerrorism hashtag-i ilə paylamışlar edərək, sosial media istifadəçilərinin, beynəlxalq təşkilat və media quruluşlarının diqqətini bu mövzuya çəkməyə çalışır.
“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı gəncliyi və Azərbaycan ictimaiyyətini bu prosesdə də, Gəncə və Bərdə terrorunda olduğu kimi sosial media üzərindən aktiv vətəndaşlıq mövqeyini ortaya qoymasını xahiş edir.
Qarabağ Azərbaycandır! Qarabağ üçün davam

busaat 5cb857acb4573960ac989a873da3e553 81zbnxa25mqcjlvpeo6g busaat 06fc48e5c025039fe5800d1698ed440c tk0ni2v8e3oqbh6ymags busaat 24baf740367a1337da91b157cd97a01a pz9xnub1mwh5ircykl0t busaat 45cb66411e0c6bc8a22ad0f37c330e0d evfmjnuzpwyx9l2163k5 busaat dae97fcd19e007a64ad767e0ee751978 n1fpwuz7h5y3v4ltmcs6 busaat 97da919ead7a90b7eea6618d9c81f410 zbv3kg6nq98s5f7xjpe1 busaat 4d9dc0d26958ce2f67a3d17be67e5718 tre8vpgxwul5192jq7zi busaat 263be00fd690a7b7272e69ad3e93be9e qcjhms8lnuo6rg120x3w busaat 4db94b9b61a80675ff0176a5d7702e99 845cwb1nok7jvairs29f busaat 4db94b9b61a80675ff0176a5d7702e99 0oh87nkp1ugjr69cwvlm busaat feb065840bee234a0056fb21c4b9b3ff aznfc3m64jbilqw7ogp1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki