“Qarabağ müharibəsi gələcəyin savaşıdır” – amerikalı general

“Qarabağ müharibəsi gələcəyin savaşıdır” – amerikalı generalbackend

“Qarabağda Azərbaycanla Ermənistan arasındakı müharibə gələcəyin savaşının necə olacağını anlamağa və görməyə imkan verir”.

İstefada olan amerikalı general-leyenant Tomas Şperin “Breaking Defense”də dərc olunmuş məqaləsində belə deyilir.

Busaat.az xəbər verir  ki, hazırda ABŞ-dakı “Heritage Foundation” Strateji Tədqiqat İnstitutunun nəzdindəki Milli Müdafiə Mərkəzinə rəhbərlik edən T.Şper Qarabağ savaşında Azərbaycanın qələbəsinin səbəblərindən bəhs edib.

“Bakının bu silahlı münaqişədə qələbəsinin əsas səbəbləri arasında Azərbaycanın yüksək texnologiyalı silahlarla yanaşı, zərbələrin endirilməsi barədə qərarı operativ qəbul etməyə imkan verən sistemlərlə eyni vaxtda istifadə oldu. Silah daşıyan PUAlar onlarla zirehli texnikanın məhv edilməsinə xüsusilə effektiv olmaqla yanaşı, müasir müharibənin ölümcüllüyünü və sürətini, habelə məhvetmələr sıralamasında gecikmələrin aradan qaldırılmasının zərurətini ön plana çıxardı”, – Şper yazıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90