“Qarabağ münaqişəsində Rusiya qədər Türkiyə də durumun içində olmalıdır“- Ərdoğan

“Qarabağ münaqişəsində Rusiya qədər Türkiyə də durumun içində olmalıdır“- Ərdoğanbackend

“Rusiya Qarabağ münaqişəsində nə qədər iştirak edirsə, Türkiyə də o qədər bu durum içində olmalıdır”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“An etibarilə cənab Əliyevin (Azərbaycan prezidenti – Red.) ifadəsini bir kənara qoymaq mümkün deyil. Burada Rusiya nə qədər həll yolu və sülh üçün yer almağı düşünürsə, Türkiyə də ən az Rusiya qədər yer almaq haqqının olduğuna inanır. Əslində bu məsələdə Rusiyanın mənfi yanaşması bu vaxta qədər gəlməyib. Rusiyanın Türkiyə ilə bağlı da xoşagəlməz açıqlaması yoxdur”.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə həm Qarabağ münaqişəsi, həm də Suriya məsələsi ilə bağlı təmas halındadır: “Təmənna edirəm ki, bundan sonra da uğurlu addımlar atar və münaqişələri həll yoluna apara bilərik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90