“Qarabağ səmasını Türk və İsrail PUA-larından qorumaq lazımdır” – Vitali Milonovbackend

Rusiyalı deputat erməni işğalı altında olan torpaqlarımıza qanunsuz səfər edib.

Busaat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vitali Milonov Xankəndidə separatçı başçı Araik Arutyunyanla görüşüb.

O, bu barədə özünün sosial şəbəkə hesabında qeyd edib:

“Bu gün Dağlıq Qarabağın prezidenti Araik Vladimiroviç Arutyunyanla görüşdük. Bu çətin günlərdə ürəyimiz qardaşlarımızladır, münaqişənin Azərbaycan və Türkiyə tərəfindən hərb yolu ilə həlli yolverilməzdir. Ümid edirik ki, Qarabağın sülh səması təcavüzdən etibarlı şəkildə qorunacaq və artıq heç bir Türk PUA-sı can almayacaq”.

İnstagram səhifəsində isə Xankəndidən foto paylaşaraq Qarabağ ermənilərinə yardım etməyə çağırıb və “Hal-hazırda Stepanakertdə müttəfiqi Türkiyə olan Azərbaycan Ordusunun İsrailə aid PUA-larını görmək təəccüblüdür. Qarabağ səmasını qorumaq lazımdır” yazıb.

Qeyd edək ki, deputat Vitali Milonov Rusiyanın hakim “Vahid Rusiya” partiyasının üzvüdür.