“Qarabağ” “Şerif”ə qarşı – Yenilənirbackend

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Busaat.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Moldova “Şerif”ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

“Şerif” artıq üçüncü dəfərdir avrokuboklarda “Qarabağ”a rəqib olur. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də “Qarabağ” üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

Bugünkü oyunun qalibi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksələcək. Məğlub olan tərəf isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.

Xatırladaq ki, “Qarabağ” 1-ci təsnifat mərhələsində Şimali Makedoniya “Sileksi”nə 4:0 hesabı ilə qalib gəlib.