“Qarabağ” səviyyəli komandadır” – Laslo Balint

image-166362_f4a69e0xyxbackend

“Universitatya Krayova”nın (Rumıniya) baş məşqçisi Laslo Balint ötən gün Avstriyadakı təlim-məşq toplanışları çərçivəsində “Qarabağ”la keçirdikləri yoxlama matçı (1:1) barədə danışıb.

Busaat.az xəbər verir ki, 43 yaşlı macar mütəxəssis Ağdam təmsilçisini səviyyəli komanda adlandırıb: “Hazırlığın başqa mərhələsində olan səviyyəli bir komandaya qarşı oynasaq da, bu matç bizim üçün faydalı oldu. Rəqibin topu özündə çox saxladığı anlar da var idi. Yaxşı qol imkanlarımız oldu ki, onların birindən yararlana bildik. Bu matçdan yaxşı siqnallar aldım”.

Qeyd edək ki, ilk yoxlama matçında Rumıniyanın digər təmsilçisi “Botoşani”yə 4:0 hesabı ilə qalib gələn “Qarabağ” daha sonra Almaniyanın “Holştayn Kiel” komandası ilə heç-heçə edib – 2:2.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90