“Qarabağa Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir” – ŞƏRH

“Qarabağa Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir” – ŞƏRHbackend

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Bu fikirləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş zamanı səsləndirib.

– Advertisement –

Politoloq Zaur Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, Rusiya bir neçə ildir ki, Lavrov planı üzərində çalışır. Lakin bu plan nə Azərbaycana, nə də Ermənistana sərf edir.

“Bölgəyə sülhməramlıların yerləşdirilməsi olmaz. Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir. 5 rayon ümumiyyətlə müzakirə predmeti olmamalıdır. Bu isə, avtomatik olaraq araya sülhməramlıların yerləşdirilməsini rədd edir. Həmsədrlər ya beynəlxalq hüquq əsasında addım atırlar, ya da bizləri tək buraxsınlar. Əgər biz təkbətək olsaq – fəsadlarından heç bir qonşu əziyyət çəkməyəcək. Yox əgər bizi təkbətək qoymasalar o zaman aləm qarışacaq”, – deyə politoloq qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90