“Qarabağda döyüşlərin davam etməsi təəssüf doğurur” – Peskov

“Qarabağda döyüşlərin davam etməsi təəssüf doğurur” – Peskovbackend

“Dağlıq Qarabağda döyüşlər atəşkəs qərarlarına baxmayaraq davam edir və bu, təəssüf və narahatlıq yaradır”.

Busaat.az  “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bölgədə davamlı atəşkəs olmadığını qeyd edib.

O, Türkiyənin Dağlıq Qarabağdakı münaqişənin həlli üçün aparılan danışıqlarda iştirakı məsələsinin Rusiya Prezidenti Vladimir Putinin ötən gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında müzakirə olunmadığını sözlərinə əlavə edib.

“Bu, gündəmdə deyildi” deyən Peskov, yalnız qarşı tərəflərin – Ermənistan və Azərbaycanın bu və ya digər dövlətin həll prosesində iştirakına razı ola biləcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 27-də Kremlin Mətbuat xidməti Putin və Ərdoğanın xüsusilə Dağlıq Qarabağdakı münaqişə bölgəsindəki hadisələrin inkişafını müzakirə etdiklərini açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90