Qarabağda rus-erməni qardaşlığı – Xankəndidə Rusiya Mərkəzi açıldı

image-rus-ermenibackend

Qondarma Artsax hakimiyyətinin təşəbbüsü və “Çiçəklənən Ermənistan” partiyasının himayəsi ilə Xankəndidə Rusiya Mərkəzi fəaliyyətə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Arutyunyanın sözcüsü Qaqik Tsarukyan verib.

Məlumata görə, Noyabrın 19-da qondarma Artsax Respublikasının (Dağlıq Qarabağ) Prezidenti Arayik Arutyunyan
Xankəndidə Artsax hakimiyyətinin təşəbbüsü və “Çiçəklənən Ermənistan” partiyasının himayəsi ilə yaradılmış Rusiya Mərkəzinin açılış mərasimində iştirak edib.

Qurumun fəaliyyəti rus dilinin, rus mədəniyyətinin və tarixinin populyarlaşmasına, təhsil sahəsində dialoqun və sıx əməkdaşlığın inkişafına yönəldiləcək. Mövcud zəngin kitab fondu sayəsində gənc nəsil rus yazıçılarının əsərlərini öyrənmək imkanı qazanacaq.

Arutyunyan salamlama nitqində mədəniyyət və təhsil sahəsində Ermənistan-Rusiya əlaqələrinin daha da inkişafı baxımından belə qurumların fəaliyyətini xüsusi qeyd edib.

“Rusiya mərkəzlərinin açılması erməni və rus xalqları arasında çoxəsrlik dostluğun daha bir bariz sübutudur və bizim sıx əməkdaşlığımızın bariz nümunəsidir. Artsaxda rus dilinin öyrənilməsinə həmişə xüsusi diqqət yetirilib. Mərkəzin yaradılması indiki şəraitdə tələb olunandır” – deyə, Arayik Arutyunyan qeyd edib.

“Çiçəklənən Ermənistan” Partiyasının siyasi şurasının üzvü İveta Tonoyan və digər ictimai xadimlər də çıxış edərək təşəbbüsün əhəmiyyətini vurğulayıb və mərkəzin bütün Artsax vətəndaşları üçün mühüm mədəni-maarif mərkəzinə çevriləcəyinə inandıqlarını bildiriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90