“Qarabağda vəziyyət çox kritikdir, biz tək qaldıq”- Erməni politoloq qan ağladı

“Qarabağda vəziyyət çox kritikdir, biz tək qaldıq”- Erməni politoloq qan ağladıbackend

Beynəlxalq ictimaiyyət, beynəlxalq strukturlar haqqında utopik fikirlərimiz var idi. Bizə elə gəldi ki, orada ədalət hökm sürür, haqlısan, səninlə birgə olacaqlar, amma bunun belə olmadığına əmin olduq.

Busaat.az xəbər verir ki, bunu politoloq, publisist Artsrun Pepanyan Tert.am-a müsahibəsində Azərbaycanın işğal edilən Dağlıq Qarabağda əks-hücuma başladığı müharibəyə beynəlxalq reaksiyanı şərh edərkən söyləyib.

Pepanyana görə, beynəlxalq birliyin susmasına bir neçə səbəb ola bilər.

“Mümkün variantlar rüşvət, iqtisadi maraqların ortaya çıxması (Azərbaycanın qaz kəməri var, bəzi ölkələr bundan faydalanır, heç olmasa susmaq onların mənafelərindədir, bəziləri açıq dəstəyi gizlətmir) və geosiyasi oyunlardır: bu bölgə Rusiyanın təsir zonası idi və bəzi qüvvələr Rusiyanı sıxışdırmağa çalışırlar və bu səbəbdən də Türkiyənin müharibədəki iştirakına toxunmağa çalışmırlar” deyib.

“Rusiya, İran və Çinlə gərginlik yaratdıq. Bütün bu şərtlər mövcuddur, ona görə də indi təkik. Səlahiyyətli orqanların Qərb ölkələri ilə işləyəcəyinə ümid edirdik, amma sonra Qərbin gözlərini tamamilə yumduğu ortaya çıxdı. Türkiyənin də bir çox Avropa ölkəsi kimi bir NATO üzvü olduğunu nəzərə almalıyıq”. Pepanyan əlavə edib.

Müharibəni bitirmək üçün bütün diplomatik vasitələrin tükənib-tükənmədiyini soruşduqda, Pepanyan cavab verib ki, müharibə zamanı tərəflər həmişə həddindən artıq şiddətə əl atırlar, ancaq diplomatiya məhz xalqların bir-birini məhv etməməsi üçün bir yol tapmağa çalışmaq üçündür.

“Vəziyyət çətindir, çıxış yolu ermənilərin bütün potensialını birləşdirməkdir. Türkiyənin genişlənmə ambisiyalarına qarşı olan ölkələri tapmaq və onlarla işləmək lazımdır”. Artsrun Pepanyan yekunlaşdırıb.

Xatırladaq ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan silahlı qüvvələri işğal edilən Dağlıq Qarabağdan erməni faşistlərini qovmaq üçün əks-hücum əməliyyatlarına başlayıb və ərazilərinin bir hissəsini geri alıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90