Qarabağdakı vəziyyətlə bağlı SON MƏLUMAT

Qarabağdakı vəziyyətlə bağlı SON MƏLUMATbackend

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

Busaat.az xəbər verir ki, bub barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 20,3 hektar ərazi, 5 km yol təmizlənib, 18 bina yoxlanıb, 1149 partlayıcı maddə tapılıb və məhv edilməsi üçün çıxarılıb.

“Ümumilikdə, Dağlıq Qarabağda minaların təmizlənməsi zamanı (23 noyabr 2020-ci il tarixdən) 320 hektar ərazi partlamamış hərbi sursatlardan təmizlənib, 7 kilometr yol, 15 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 505 yaşayış binası, 12 min 459 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib “, – açıqlamada deyilir.

Bundan əlavə, sülhməramlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Dağlıq Qarabağ Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin nümayəndələri ilə birlikdə hərbi əməliyyatlar zamanı həlak olanların cəsədlərini axtarır.

Qaynar xətt, eyni zamanda, Dağlıq Qarabağdakı itkin düşən iştirakçılar haqqında məlumat toplamağa davam edir: “”Qaynar xətt” işə başladığı gündən bəri 546 müraciət qəbul edilib. Bütün müraciətlər Tərəflərin Barışıq Mərkəzinin axtarış qruplarına köçürülüb” .

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisindəki tapşırıqları davam etdirir, 23 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90