Qərb ölkələri Rusiyanı məhv etməyə çalışmır – Makron

Emmanuel Makronbackend

Fransa prezidenti Emmanuel Makron ölkəsinin və digər Qərb dövlətlərinin Rusiyanı məhv etmək niyyətində olmadığını bildirib.

Busaat.az xəbər verir ki, Makron bunu CBS-ə müsahibəsində deyib.

“Rusiyanı məhv etmək kimi niyyət Fransada heç vaxt bizim perspektivimiz olmayıb. Bundan əlavə, bizim mədəni və tarixi baxımdan çox yaxın münasibətlərimiz var. Biz həmişə rus xalqına hörmətlə yanaşmışıq” – deyə, Makron qeyd edib.

Makron əlavə edib: “Biz Rusiya prezidenti ilə çox uzun müzakirələr aparmışıq. Həmçinin demək istəyirəm ki, Rusiya xalqının necə böyük tarixə malik olduğunu aydın şəkildə dərk edirik”.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki