Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 507 $▼0.98%
  • Ethereum2 352 $▼1.41%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

QHT sədri Qarabağın bərpasında İctimai Birliklərin rolu haqqında danışdı

image-1

“İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında Qarabağda gedən bərpa və inkişaf prosesində ictimai təşkilatların mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, qeyri hökumət təşkilatları (QHT-lər) bu günə qədər aktiv iştirak edirlər və dövlətin verdiyi qrantlar sayəsində quruculuq işlərində əhəmiyyətli iştirak təmin edirlər.

Lakin Ramil Əliyev bu prosesin daha da genişlənməsi və QHT-lərin Qarabağ iqtisadi zonasının səlahiyyətli nümayəndələri ilə sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. O, həmçinin Qarabağda həyata keçirilən böyük quruculuq işlərinin və yol infrastrukturunun yenilənməsinin ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

” Biz təşkilat olaraq könüllü şəkildə Qarabağda maarifləndirmə və digər işlərdə iştirak etməyə hər zaman hazırıq,” deyə o əlavə edib. QHT sədri Qarabağda aparılan böyük investisiyaların düzgün istiqamətlənməsini və Zəngəzur dəhlizinin açılmasının yol infrastrukturunda maneəsiz inkişafı təmin etdiyini də vurğulayıb. Ramil Əliyev həmçinin qeyri hökumət təşkilatlarının bu inkişaf prosesində daha aktiv rola sahib olacağına inandığını və dövlətin QHT-lərə bu məqsədlə daha çox dəstək verməli olduğunu qeyd edib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul