Qonşu ölkələrdə vəziyyət necədir? – Koronavirus statistikası

Qonşu ölkələrdə vəziyyət necədir? – Koronavirus statistikasıbackend

Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. 

Busaat.az xəbər verir ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.

Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.

Son məlumata görə, dünyanın 183 ölkəsi üzrə 304,342 nəfər koronavirusa yoluxub. Onlardan 94,674 nəfəri yenidən sağlamlığına qovuşub, 12,983 nəfər isə pandemiya yenilib.

Azərbaycanda vəziyyət bir qədər stabil görünür. İniyədək ölkəmizdə bu virusa 53 yoluxub. Onlardan 10 nəfəri sağalıb, 1 nəfəri isə dünyasını dəyişib. Qalan 42 nəfərin müalicəsi ciddi rejimdə davam etdirilir.

Qonşu ölkələrə nəzər yetirsək, sözsüz ki, ən kritik vəziyyət İrandadır. Cənub qonşumuzda indiyədək 20,610 nəfər koronavirusa yoluxub. Təkcə son sutka ərzində 966 nəfərdə koronavirus aşkarlanıb. Ötən 24 saat ərzində ölənlərin sayı 123 nəfərdir. Ümumilikdə isə koronavirus İranda 1,556 nəfərin həyatına son qoyub. 7,635 nəfər isə yenidən sağlamlığına qovuşub.

Türkiyədə isə koronavirusdan ölənlərin sayı 21-ə çatıb. Qardaş ölkədə koronavirus son sutka ərzində 277 nəfərdə aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 947-yə çatıb.

Rusiyada isə indiyədək 306 nəfər koronavirusa yoluxub. Onlardan biri ölüb, 16 nəfəri isə sağalıb. Şimal qonşumuzda son sutka ərzində koronavirsa yoluxanların sayı 53 nəfərdir.

Gürcüstanda iniyədək 49 koronavirus faktı qeydə alınıb. Ölən yoxdur. İndiyədək 1 nəfər sağalıb. Ötən 24 saat ərzində virusa yolxanların sayı 5-ə bərabərdir.

Ermənistanda isə 160 nəfərdə koronavirus aşkarlanıb. Son 24 saat ərzində bu virusa yoluxanların sayı 24 nəfərdir. Ölən yoxdur. Müalicə olunduqdan sonra sağalan isə bir nəfərdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90