Qubada ərzaq mağazası yanıb

Qubada ərzaq mağazası yanıbbackend

 

Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub.

Busaat.az xəbər verir ki, axşam saatlarında rayonun mərkəzindəki “Köhnə avtovağzal”ın arxasında bir-birinə bitişik ərzaq məhsulları mağazalarından birində yanğın başlayıb. Nəticədə sahibkar Elçin Əhməd oğlu Orucova məxsus mağazanın 100 m² sahəsində yanar konstruksiyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90