Qusarda itkin düşən şəxs öldürülübmüş…

Qusarda itkin düşən şəxs öldürülübmüş…backend

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib. 

Busaat.az-ın məlumatına görə, itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.

Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın 20-də Qubanın Alpan kəndində intihar edən həmkəndlisi, Əniğ  kənd sakini, 1996-cı il təvəllüdlü Vəliyev Malik Məlik oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.

Qeyd edək ki, M.Sadirov martın 17-dən itkin düşmüş hesab olunurdu.

Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90