Rafael Cəbrayılov həbsdə vəfat etdi

image-rafaelbackend

Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib.

Busaat.az  xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, o, deputat olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə ittiham edilirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90