Ramin Musayev yenidən PFL prezidenti seçildi – Şəkillər

Ramin Musayev yenidən PFL prezidenti seçildi – Şəkillərbackend

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti seçki keçirilib.

Busaat.az xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.

Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni vəzifədə fəaliyyət göstərəcək. Klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.

Qeyd edək ki, Ramin Musayev PFL yaranandan – 2008-ci ildən bəri prezident səlahiyyətlərini icra edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90