“Ramiz Mehdiyevi və Əli Həsənovu tüpürcək duşu qəbul etdirənlərə qoşulmuram” – Mirşahin

“Ramiz Mehdiyevi və Əli Həsənovu tüpürcək duşu qəbul etdirənlərə qoşulmuram” – Mirşahinbackend

“Mən işdən çıxarılmış Ramiz Mehdiyev və Əli Həsənovu qarğış yağmuruna tutan, tüpürcək duşu qəbul etdirənlərə qoşulmuram. Heç kimə ölüm arzulamıram”.

 

Busaat.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

 

“Əksinə, onlara yaşamaq arzulayıram. Qoy yaşasınlar və cavab versinlər. Bütün suallara! Bu iki nəfərin danışmasını şəxsən mən çox arzulayıram. Ona görə ki, Mehdiyev də, Həsənov da bir qayda olaraq dövlətin adından danışıblar. Dövlətin adından əmrlər veriblər. Bu əmrləri yerinə yetirməyəndə də cəzalandırmaqla təhdid ediblər. Cəzalandırıblar! Açıblar! Bağılayıblar! Mən hansı əmrin qanuni, hansının qanunsuz olması barədə diskussiya açmaq fikrində deyiləm. Bunu yəqin ki, səlahiyyətli qurumlar edəcəklər. Amma iddiaların onca faizi sübuta yetirələrsə, onlar əmlakları müsadirə edilməklə, ən ağır cəza almalıdırlar. Dövlətin imicini zərbə altına atdıqarına görə! Məmur vətəndaşa dövlətin görünən simasıdır. Ona görə də kiçik məmurun belə, azacıq ehtiyatsız ifadəsi sosial şəbəkələrdə zəlzələyə çevrilir” – M.Ağayev qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90