Rayonlara gediş-gəliş, “Binə”, “Sədərək”, eləcə də “mall”ların fəaliyyəti bərpa olunur…

Rayonlara gediş-gəliş, “Binə”, “Sədərək”, eləcə də “mall”ların fəaliyyəti bərpa olunur…backend

Azərbaycanda yaxın vaxtlarda sərtləşdirilmiş karantin rejiminin bir qədər də yumşaldılması gözlənilir.

BUSAAT.AZ xəbər verir ki, karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında giriş-çıxışa qoyulan qadağanın götürüləcəyi bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu barədə müzakirələrin aparıldığını qeyd edib: “Rayonlara gediş-gəlişin açılması müzakirə edilir. Yekun qərarla bağlı məlumat vermək hələ tezdir. Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90