“Real”dan Ramos üçün vida tədbiri

image-ramosbackend

“Real” kapitanı Serxio Ramosla vida tədbiri təşkil etməyə hazırlaşır.

Busaat.az xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri məlumat yayıb. Tərəflər bu ay başa çatan müqaviləni yeniləmək üçün razılıq əldə edə bilməyiblər. Ona görə də klub prezidenti Florentino Peres Ramosla əlaqə saxlayaraq vida tədbiri təşkil etmək istəyir.

Madrid təmsilçisi Ramosun bu komandada qazandığı 22 kubokla birgə şəkil çəkdirməsini fikirləşir. Ramosun bu ideyaya necə reaksiya verdiyi bilinmir.

Qeyd edək ki, Ramos 2005-ci ildən “Real”da oynayır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90