“Arsenal” “Real Madrid”dən rekord məbləğ istəyəcək.
Busaat.az offsideplus-a istinadən xəbər verir ki, Madrid təmsilçisi Vilyam Saliba ilə maraqlanır. Klub bu transferi prioritet hesab edir.
“Arsenal” isə 23 yaşlı müdafiəçi üçün rekord məbləğ tələb etməyə hazırlaşır. Bu keçid baş tutarsa, Saliba ən bahalı müdafiəçi olacaq. 23 yaşlı fransızın “Transfermarkt”də hazırkı dəyəri 80 milyon avro civarındadır.
Qeyd edək ki, transfer rekordu 2018-ci ildə “Lester”dən 78,3 milyon funt-sterlinqə “Mançester Yunayted”ə transfer edilən Harri Maquayra məxsusdur.