Referendum keçirilə, icra hakimiyyətləri ləğv oluna bilər – Yeni sistem necə olacaq?

image-1728976065_lkla_1768373336-750x403backend

Azərbaycanda yerli icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı narazılıqlar və korrupsiya iddiaları uzun illərdir ictimai müzakirələrin əsas mövzularından biridir. Xüsusilə, bölgələrdə vətəndaşların müxtəlif problemlərlə üzləşməsi, bəzi hallarda isə rüşvət və süründürməçilikdən şikayət etməsi“mövcud idarəetmə sistemi özünü doğruldurmu?” sualını yenidən gündəmə gətirir. Belə bir şəraitdə icra hakimiyyətlərinin ləğvi və daha müasir idarəetmə modelinə keçid mümkün hesab edilə bilərmi

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, bütün icra hakimiyyəti nümayəndələrini rüşvətxorluqda ittiham etmək düzgün deyil:

Rusiya tərəfdaşlarını itirə-itirə gedir” – Azər Həsrət » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Hamını rüşvətdə ittiham edə bilmərik. İşinə vicdanla yanaşan insanlar da var. Amma ümumilikdə sistem artıq özünü doğrultmur. Azərbaycan yeni mərhələyə keçib və dövlət idarəçiliyində də ciddi islahatlara ehtiyac yaranıb.

Mövcud idarəetmə modeli sovet dövründən qalma mexanizmlərin davamı kimi görünür və müasir çağırışlara tam cavab vermir.

İcra hakimiyyətləri köhnəliyin əlaməti kimi qalmaqdadır. İnzibati ərazi bölgüsünə yenidən baxılmalıdır. Bu baxımdan qardaş Türkiyənin təcrübəsi Azərbaycan üçün uyğun variant ola bilər. Türkiyədə valiləri dövlət təyin edir, bələdiyyə başçılarını isə xalq seçir. Bu model idarəetmədə həm çeviklik, həm də ictimai nəzarət baxımından daha effektivdir”.

Azər Həsrət hesab edir ki, Azərbaycan yalnız regional deyil, Avropa ölkələrinin idarəetmə təcrübəsini də öyrənməli və uyğun mexanizmləri tətbiq etməlidir:

“Qarabağ müharibəsindən sonra Azərbaycan yeni mərhələyə daxil olub. Bu mərhələ yeni idarəetmə modelini də zəruri edir. İndiki formada yerli icra hakimiyyətlərinin gələcəkdə həmin sistemdə yer alacağı inandırıcı görünmür. Daha effektiv və şəffaf idarəetmə orqanlarına ehtiyac var”.

O, həmçinin seçkili yerli idarəetmə institutlarının gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Əvvəllər icra hakimiyyətlərinin yanında icraiyyə komitələri fəaliyyət göstərirdi və orada yerli əhali tərəfindən seçilmiş deputatlar təmsil olunurdu. Təbii ki, o dövr demokratik sistem deyildi. Amma mexanizm müəyyən mənada işləyirdi. İndi isə demokratik və açıq cəmiyyət şəraitində Azərbaycan daha müasir, hesabatlı və seçkili idarəetmə modelini formalaşdırmalıdır”.

Siyasi şərhçi bildirib ki, bu dəyişikliklər yalnız icra hakimiyyətləri ilə məhdudlaşmamalıdır:

“Konstitusiya islahatlarına ciddi ehtiyac var. Bu, həm yerli özünüidarəetməni, həm də seçki sistemini əhatə etməlidir. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur və buna görə də qismən proporsional seçki sisteminin bərpası da yenidən müzakirəyə çıxarılmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki