Rəşad Nəbiyev Zaqatalada vətəndaşları qəbul edəcək

image-resad-nebiyevbackend

Oktyabrın 9-da, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək.

Busaat.az nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 7 oktyabr 2023-cü il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90