Rəsmi Ankara ABŞ hərbi gəmilərinin Qara dənizə keçidinin ləğvini təsdiqlədi

image-gemifrans111backend

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın hərbi gəmilərinin Qara dənizə keçməsini ləğv etdiyini təsdiqləyib.

Busaat.az xəbər verir ki, Türkiyə XİN rəhbəri bu barədə NTV telekanalına müsahibəsində açıqlama verib.

“Bizə şifahi olaraq gəmilərin keçidinin ləğv edildiyi bildirildi. Ancaq fikirlərini dəyişdirsələr, əvvəlki bildirişi istifadə edərək gəmiləri göndərmələri üçün daha üç gün vaxt var – bu müddətdə bildiriş yenə də qüvvədə qalacaq. Gəmilər üç gün ərzində keçməsə, sonra yenidən 15 gün əvvəlcədən bildiriş göndərməli olacaqlar”,- deyə Çavuşoğlu qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda ABŞ hərbi gəmilərinin Qara dənizə keçməsi barədə 14 bildiriş göndərilib, onlardan beşi ləğv edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90