Restorandan götürülən heyvanlar Altıağac Milli Parkına təhvil verildibackend

Ağstafa rayonu “Yaşıl Göl” ailəvi istirahət mərkəzindən götürülən 2 ayı və 2 canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Busaat.az-ıin məlumatına görə, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.Vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Onun sözlərinə görə, heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulov barəsində isə akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

A.Səmədova kafe, restoran sahiblərinə çağırış edərək bildirib ki, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qəti əleyhinəyik və bu, vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla da yolverilməz hesab olunur.

“Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik”.