Ronaldinyo ev dustaqlığına məhkum edildiyi oteldən futbol oynamaq üçün otaq istəyibbackend

Qardaşı ilə birlikdə saxta pasportla Paraqvaya girdiyinə görə tutulub həbsxanaya atılan Ronaldinyo, iki həftə əvvəl girov müqabilində ev dustaqlığına göndərilib.

Busaat.az  türk mediasına istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu, cəzasını çəkdiyi oteldən futbol oynamaq üçün otaq istəyib.

Otel Palmaroganın direktoru Emilio Yegrosdan futbol topu və oynamaq üçün bir otaq istəyən 40 yaşındakı futbolçunun bu istəyi müsbət qarşılanıb.

Qeyd edək ki, otel rəhbəri, Ronaldinyonun əhvalını pozmadığını və tez-tez zarafatlar etdiyini deyib.