Ronaldo milli komandadan dostları ilə səhiyyə müəssisələrinə yardım kampaniyasına başlayırbackend

“Yuventus”-da oynayan portuqaliyalı ulduz Kristiano Ronaldo, koronavirusla mübarizədə adı önə çıxan adlardan biri oldu.

Busaat.az türk mediasına istinadən xəbər verir ki, əvvəllər Portuqaliyaya koronavirusla mübarizə aparmaq üçün 1 milyon avro bağışlayan Ronaldo, Milli Komandada da oxşar bir xeyriyyə kampaniyasına başlayıb.

Ronaldonun yardım kampaniyası haqqında məlumatı, Portuqaliya Milli Komandasından olan dostu Bernardo Silva verib. Video ilə Bleacher Report-a verdiyi müsahibədə Silva, Ronaldonun vatsapp vasitəsi ilə bütün kamandaya bir mesaj göndərdiyini və EURO 2020 mükafatlarının bir hissəsini ianə olaraq göndərməyi təklif etdiyini söyləyib:

“Bir-iki gün əvvəl Ronaldo bizə bir ianə ideyası ilə gəldi. Bilirsiniz ki, komanda olaraq, 2021-ci ildə keçiriləcək EURO 2020-də iştirak etmək hüququ qazanmışıq. Ronaldo qrupumuzda yazdığı mesajda da “Gəlin uşaqlar, bizim Avro 2020 mükafatlarımızın bir hissəsini koronavirusla mübarizə aparan təşkilatlara bağışlayaq”-dedi. Təklif, bütün futbolçular tərəfindən qəbul edildi. Beləliklə, EURO 2020 mükafatlarımızın yarısını bağışlamaq qərarına gəldik”.