Ronaldo “Real”a qayıtmağa hazırdır

image-143884backend

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo yayda klubu tərk edə bilər.

Busaat.az  xəbər verir ki, 36 yaşlı hücumçu sabiq komandası “Real”a qayıtmağa hazırdır. O, Madrid təmsilçisindən təklif gələcəyi halda bunu nəzərdən keçirəcək.

Ronaldo 2009-18-ci illərdə “Real”da çıxış edib. O, komandanın heyətində toplam 15 kubok qazanıb. Həmçinin portuqaliyalı oyunçu 4 dəfə “Qızıl top”a layiq görülüb.

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 24 matçda 23 qol vurub və 3 qolun ötürməsini verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90