Ronaldu millimizlə oyuna dəvət aldı – SİYAHI

image-70e3bf0f-8100-3a94-b622-42f38d2ccefb_850backend

Futbol üzrə Portuqaliya millisi Serbiya, Azərbaycan və Lüksemburqa qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunları üçün heyətini açıqlayıb.

Busaat.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Antoni Lopeş (“Lion”, Fransa), Ruy Patrisiu (“Vulverhempton”, İngiltərə), Ruy Silva (“Qranada”)

Müdafiəçilər – Juan Kanselu (“Mançester Siti”, İngiltərə) Sedrik Suareş (“Arsenal”, İngiltərə), Dominquş Duarte (“Qranada”, İspaniya), Pepe (“Portu”), Joze Fonte (“Lill”, Fransa), Ruben Diaş (“Mançester Siti”, İngiltərə), Rafael Gerreyru (“Borussiya” Dortmund, Almaniya), Nunu Mendeş (“Sportinq”)

Yarımmüdafiəçilər: Danilu Pereyra (PSJ, Fransa), Juan Palinya (“Sportinq”), Ruben Neviş, Joau Moutinyo (hər ikisi “Vulverhempton”, İngiltərə), Brunu Fernandeş (“Mançester Yunayted”, İngiltərə), Renatu Sanşeş (“Lill”, Fransa) Serjiu Oliveyra (“Portu”)

Hücumçular: Bernardu Silva (“Mançester Siti”, İngiltərə), Pedru Netu (“Vulverhempton”, İngiltərə), Dioqu Jota (“Liverpul”, İngiltərə), Kriştianu Ronaldu (“Yuventus”, İtaliya), Rafa Silva (“Benfika”), Juan Feliks (“Atletiko” Madrid, İspaniya), Andre Silva (“Ayntraxt”, Almaniya)

Qeyd edək ki, martın 24-də İtaliyadakı “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90